Gürcüstanda sürətlə pivə içmək yarışları keçirilib
02 Oktyabr 2010 Şənbə 00:35
Tiflis sakini 16,87 saniyəyə 1,2 litr pivə içərək, dünya rekordu vurub.
Gürcüstanda sürətli pivə içmə yarışları keçirilib. Tiflis sakini Avtandil Burcanadze 16,87 saniyəyə üç qədəh pivə içməklə yarışın qalibi olub. Bu, həm də mütləq dünya rekordudur və bu barədə məlumatlar Ginnesi rekordlar kitabında qeydiyyata düşmək üçün yarışların təşkilatçılarına göndəriləcək.

Yarışda birinci və ikinci yeri tutanlar Tiflisdəki məşhur “Mirzaani” restoranına kupon əldə ediblər. Qeydi-adi yarışın iştirakçıları mümkün qədər qısa müddət ərzində üç 400 qramlıq qab tünd pivə içməli olublar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar