Gürcüstanda saxtakar ermənilər tutulub
03 Fevral 2011 Cümə Axşamı 12:45
Onlar saxta kredit kartları ilə bahalı əşyalar alıblar
Gürcüstanda sənəd saxtalaşdırmaqda təqsirləndirilən 3 Ermənistan vətəndaşı tutulub. Ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Oqanes Oqanesyan, Armen Sarkisyan və Karen Karapetyan adlı ermənilər saxta kredit kartları ilə bahalı əşyalar almaqda ittiham edilirlər. ANS PRESS-in "Novosti Qruziya" agentliyinə istinadən verdiyi məlumata görə, axtarış zamanı saxlanılanlardan mobil telefonlar, noutbuklar və saxta kartlar götürülüb.

Faktla bağı cinayət işi başlayıb. Onları 4 ildən 7 ilə kimi azadlıqdan məhrumetmə cazası gözləyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar