Gürcüstanda “qızılgül inqilabı”nın ildönümüdür
23 Noyabr 2011 Çərşənbə 03:34
Mixail Saakaşvilinin bu münasibətlə əfv fərmanı imzalayacağı gözlənilir.
Gürcüstanda “qızılgül inqilabı”nın ildönümüdür. Bu gün prezident Mixail Saakaşvilinin əfv fərmanı imzalayacağı gözlənilir.
Tiflisdə inqilabın ildönümü ilə əlaqədar bayram tədbirləri keçiriləcək. Şəhərdə Reyqan adına Azıdlıq Mərkəzinin açılışı da planlaşdırılır.
Bundan başqa, “Qızılgül inqilabı” meydanında nəhəng velosiped abidəsinin açılışı da gözlənilir. Tiflisin inkişaf frdnunun rəhbəri Giorgi Sabanadzenin sözlərinə görə, abidə sağlam həyat tərzini təbliğ edəcək.
DOSTLARINLA PAYLAŞ: