Gürcüstanda qiyam yatırılıb
05 May 2009 Çərşənbə Axşamı 17:35
Gürcüstan Silahlı Qüvvələrinin Muxrovanidə yerləşən tank batalyonunda qiyam yatırılıb. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, bunu Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şota Utiaşvili açıqlayıb.
O, batalyonun komandiri də daxil olmaqla, qiyamçıların böyük əksəriyyətinin təslim olduqlarını, bir neçə nəfərin isə qaçdığını bildirib.

Rusiya Xarici İşlər Nazirliyi isə qiyamçıların Moskva ilə əlaqəli fəaliyyət göstərdiyinə dair Gürcüstan hakimiyyətinin ittihamlarını rədd edib. Nazir müavini Qriqori Karasin bu ittihamları Gürcüstan rəhbərliyinin xəstə təxəyyülünün və məsuliyyətsiz davranışının nəticəsi olan sayıqlama adlandırıb. O, Gürcüstandakı son hadisələrin Rusiya üçün sürpriz olduğunu və bu olayları diplomatik kanallarla amerikalılardan öyrəndiklərini söyləyib. Kremldəki mənbə isə rəsmi Tiflisin ittihamları ilə bağlı jurnalistlərin sualını lakonik cavablandırıb: “Həkimə müraciət etsinlər”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar