Gürcüstanda qanuni oğrular azadlığa çıxır
30 Yanvar 2013 Çərşənbə 22:27
Vano Merabişvili: İstəmirəm ki, o vaxtlardakı kimi qanuni oğrular uşaqlarımızın söhbətlərini xırdalasın.
Gürcüstanın sabiq baş naziri, Vahid Milli Hərəkat Partiyasının baş katibi Vano Merabişvili “qanuni oğrular”ın həbsxanalardan buraxılmasından bərk narahatdır. Gürcüstanda kriminogen durumun son vaxtlar pisləşməsi fonunda bu addımın yolverilməz olduğunu bildirən Merabişvili bundan sonra vəziyyətin daha da pisləşəcəyini deyib.

“Mən istəmirəm ki, Gürcüstan qaranlıq keçmişə qayıtsın. İstəmirəm ki, o vaxtlardakı kimi “qanuni oğrular” uşaqlarımızın söhbətlərini xırdalasın, “obşak” yığsınlar, ölkə iqtisadiyyatına nəzarət etsinlər və hətta siyasətə də girişsinlər”, - deyə o vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar