Gürcüstanda parad keçirilir
26 May 2011 Cümə Axşamı 14:56
Paradı prezident Mixail Saakaşvili qəbul edir
Bu gün Gürcüstanın paytaxtı Tiflisin mərkəzində hərboi parad keçirilir. Rustavelli prospektində keçirilən paradı Gürcüstan prezidenti Mixail Saakaşvili qəbul edir. Ölkə parlamentinin binasının qarşısından əsgərlər və xüsusi təyinatlılar, zirehli texnika, o cümlədən piyadaların döyüş maşınları keçir.
Qeyd edək ki, ötən gün axşam Gürcüstanda polis və xüsusi təyinatlılar müxalifətin nümayişini dağıtmağa nail olub. Rustaveli prosoektində leysan yağışın altında keçirilən əməliyyatdan sonra müxalifətçilər parlamentin binası qarşısındakı meydanı tərk edib və yaxınlıqdakı “Azadlıq” meydanına doğru geri çəkilib. Ən son məlumatlara görə, mitinqi dağıdarkən 1-i polis,1-i isə müxalifət fəalı olmaqla iki nəfər ölüb, 20-ə yaxın xəsarət alan var.
Mitinq dağıdılarkən müxalifət lideri, keçmiş spiker Nino Burcanadzexəsarət almayıb. Qeyri-rəsmi məlumatlara görə, 80-ə yaxın müxalifət fəalı saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyi müxalifətin meydanda nümayiş keçirmək üçün mayın 25-nə kimi icazə aldığını əsas gətirərək, mitinqi dağıtmağa qərar verdiklərini bəyan edib.
DOSTLARINLA PAYLAŞ: