Gürcüstanda onlarla şəhər işıqsız qalıb
26 Avqust 2010 Cümə Axşamı 20:40
Ölkənin qərbindən şərqinə elektrik ötürən yüksəkgərginlikli xətdə qəza baş verib.
Gürcüstanın qərbindən şərqinə elektrik ötürən yüksəkgərjginlikli elektrik xətlərindən birində baş verən qəza nəticəsində paytaxt Tiflis də daxil olmaqla onlarla şəhər və rayon işıqsız qalıb. Enerji verilişinin dayandırılması nəticəsində paytaxt Tiflisdə minlərlə insan metro tunellərində qalıb. Əlavə enerji mənbələrindən istifadə etməklə vaqonlarda və stansiyalarda olan insanlar metrodan çıxarılıblar.
Hazırda elektriklər rezerv elektrik təchizatı sisteminin işə salınmasına çalışırlar. Bir neçə saat sonra paytaxt Tiflisə və ətraf rayonlara elektrik verilişinin bərpası mümkün olacaq. Hələlik yalnız həyati əhəmiyyətli obyektlərə elektrik enerjisi verilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: