Gürcüstanda nəhəng xaçapuri bişirilib
29 İyul 2011 Cümə 17:12
400 nəfər uzunluğu 8 metr olan xaçapurini 1,33 dəqiqəyə yeyib.
Gürcüstanda nəhəng xaçapuri bişirilib. ANS PRESS-in "Georgia Online" agentliyinə istinadən verdiyi məlumata görə, gürcü mətbəxinin ən məşhur nümunəsinin uzunluğu 8 metrə yaxın olub.
Batumidə hazırlanan xaçapurinin dadına 400 nəfərdən çox insan baxa bilib. Onlar nəhəng xaçapurini 1 dəqiqə 33 saniyə ərzində yeyib qurtarıb.
Qeyd edək ki, xaçapurinin hazırlanmasında 1 usta və 4 köməkçi iştirak edib. Xaçapurini hazırlamaq üçün 200 kq un, 30 kq yağ, 1000 yumurta və 100 kq pendir istifadə edilib. Ayrı-ayrı bişirilən hissələr sonradan birləşdirilib.
Qeyd edək ki, nəhəng xaçapuri ilə Gürcüstan öz rekordunu yeniləyib. Belə ki, hələ ötən il Acarıstanda bişirilən xaçapurinin uzunluğu 6 metr olub. anspress
DOSTLARINLA PAYLAŞ: