Gürcüstanda nazir vəzifəsinə azərbaycanlı qadın gətirilir
10 May 2013 Cümə 21:30
Ramilya Əliyeva energetika və təbii sərvətlər naziri Kaxa Kaladzeni əvəz edə bilər.
“Baş nazir Bidzina İvanişvili nazirliklərdən birinin rəhbəri vəzifəsinə milliyətcə azərbaycanlı olan Ramilya Əliyevanı təyin etməyi planlaşdırır”. APA-nın məlumatına görə, bu barədə "Praymer" informasiya agentliyinə “Gürcü Arzusu” koalisiyasından bildirilib. Agentliyin məlumatına əsasən, “Gürcüstanın energetika və təbii sərvətlər naziri Kaxa Kaladze prezidentliyə namizəd kimi irəli sürüldüyü halda Ramilya Əliyeva onun yerinə keçəcək”.

Qeyd edək ki, Ramilya Əliyeva Gürcüstan Polis Akademiyasında insan hüquqları üzrə mühazirələr oxuyub və son iki ildə müxtəlif hüquq müdafiə təşkilatlarında çalışıb. Hazırda R. Əliyeva Gürcüstan Ombudsman aparatının nəzdində fəaliyyət göstərən Milli Azlıqlar Şurasının üzvüdür. Son iş yeri Gürcüstanın İctimai Televiziyası olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar