Saakaşvili tərəfdarları izdihamlı yürüşə hazırlaşır.
Aprelin 19-da Gürcüstanda böyük miqyaslı aksiya gözlənilir. Qeyd edək ki, bu yürüşü Mixail Saakaşvilinin hazırda müxalifətdə olan Vahid Mili Hərəkat Partiyası keçirəcək.
Partiyanın katibi, keçmiş baş nazir Vano Merabişvilinin sözlərinə görə, indiki hakimiyyət bu aksiyadan çox qorxur. Onun sözlərinə görə, iqtidar yürüşün baş verməməsi üçün müxtəlif problemlər yaradır.
Parlamentin İctimai İnteqrasiyanın Qorunması Komitəsinin sədri Eka Beselia bu aksiyanı gülməli adlandırıb. Onun sözlərinə görə, hazırda Mixail Saakaşvilinin partiyası parçalanmaq ərəfəsindədir və onlar bu cür aksiya ilə ictimaiyyətə sübüt etmək istəyirlər ki, Milli Hərakat Partiyası güclüdür.