Gürcüstanda korrupsiya ittihamı ilə 23 məmur həbs edildi
27 Aprel 2011 Çərşənbə 01:41
Onlar 950 min dollar vəsaiti mənimsəməkdə şübhəli bilinirlər.
Gürdcüstan Konstitusiya təhlükəsizliyi departamenti və Maliyyə Nazirliyinin istintaq idarəsinin əməkdaşları birgə əməliyyat keçiriblər. RBK agentliyinin məlumatına görə, əməliyyat zamanı Maliyyə Nazirliyinin 23 məmuru həbs edilib. Onlar dələduzluq və sənədlərin saxtalaşdırılması yolu ilə 1,5 milyon laridən (təxminən 950 min dollar) çox vəsaiti mənimsəməkdə şübhəli bilinirlər.

Faktla bağlı cinayət işi qaldırılıb. Gürcüstan qanunvericiliyinə görə, qanunsuz maliyyə əməliyyatlarının hər bir iştirakçısını 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar