Gürcüstanda hərbi xidmətə çağırış tamamilə ləğv olunacaq
28 Oktyabr 2012 Bazar 17:19
Qonşu respublika peşəkar ordu yaratmaq haqda düşünür.
Gürcüstanda hərbi xidmətə çağırış tamamilə ləğv olunacaq. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, belə bir bəyanatla ölkənin yeni müdafiə naziri İrakli Alasaniya çıxış edib. “Maestro” telekanalının efirində danışan Alasaniya bildirib ki, qarşıda duran əsas vəzifə Gürcüstanda tamamilə peşəkar ordu yaratmaqdır. Bununla yanaşı o qeyd edib ki, hələlik ölkədə hərbi xidmətə çağırış sistemi qarışıq olacaq. Yəni, bir müddət həqiqi hərbi xidmətə çağırış mexanizmi mövcud olacaq.
“Biz mərhələli şəkildə hərbi qulluq müddətini azaltmaq istəyirik. İlkin mərhələdə əsgərlik 18 aydan 12 ayadək azaldılacaq. Sonra isə hərbi xidmətə məcburi çağırış olmayacaq”, - deyə o vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: