Gürcüstanda hərbi hissə qiyam edir
05 May 2009 Çərşənbə Axşamı 15:00
Gürcüstanda hərbi hissə qiyam edib. Qiyamçılar konkret tələblər irəli sürməyiblər

 

Gürcüstanın paytaxtı Tiflisin 30 kilometrliyində yerləşən  Muxrovanidəki zirehli batalyonunun hərbçiləri tabe olmayacaqlarını bildirərək qiyam ediblər. Bu barədə "Gazeta.ru"nun məlumatına görə, Gürcüstanın müdafiə naziri David Sixarulidze bildirib. Onun sözlərinə görə, orada batalyona aidiyyatı olan mülki şəxslər və digər batalyonların rəhbərləri də var.

"Bildiyiniz kimi, NATO təlimlərini pozmaq üçün ölkədə  daha geniş qiyam planlaşdırılmışdı. Bununla yanaşı, qiyamçıların məqsədi hərbi güclə hökumət çevrilişi etmək idi", deyə müdafiə naziri bildirib.

Sixarulidzenin sözlərinə görə, hazırda qiyam davam edir. O bildirib ki, şəxsən özü hissəyə girməyə və qiyamçılarla danışıqlar aparmağa cəhd edib, amma mümkün olmayıb. Onun sözlərinə görə, qiyamçılar konkret tələblər irəli sürməyiblər. "Biz qiyamçılarla danışıqlar aparmağa davam edirik, təkliflərimiz onlara məlumdur", deyə Sixarulizde bildirib.

Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmini Şota Utiaşvili isə bildirib ki, qiyamın təşkil edilməsində Gürcüstan Müdafiə Nazirliyinin “Delta” xüsusi təyinatlı dəstəsinin keçmiş komandiri Qiya Qvaladze, həmçinin Muxrovanidəki batalyonun komandirlərindən biri Koba Otaradze də  də şübhəli bilnir. “Biz qiyamçılarınm Rusiya ilə birbaşa əlaqədə olduqları və onlardan tapşırıq, pul alqdıqları barədə operativ informasiyaya malikik”, deyə o əlavə edib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar