Bu dəfə 6 bal gücündə yeraltı təkanların episentri ölkənin şimal-qərbində qeydə alınıb
Ötən gecə Gürcüstanda növbəti güclü zəlzələ baş verib. ANS PRESS, “İnterfaks” agentliyinə istinadənxəbər verir ki, bu dəfəki yeraltı təkanların da gücü bir sutka əvvəlki kimi 6 bal olub.
Gürcüstan Seysmoloji Monitorinq Mərkəzinin məlumatına görə, yeraltı təkanların episentri ölkənin şimal-qərbində-Raça-Lançxuti bölgəsinin Onsk rayonunda qeydə alınıb. Mərkəzdən bildiriblər ki, adətən güclü zəlzələlərdən sonra bir qədər zəif yeraltı təkanlar təkrarlanır və bu proses bir ay ərzində davam edir. Zəlzələ nəticəsində tələfat və dağıntı barədə məlumat yoxdur.
Xatırladaq ki, sentyabrın 8-nə keçən gecə Tiflisdən 140 kilometr aralıda 6,2 bal gücündə zəlzələ baş vermiş və onlarla tikiliyə ziyan dəymişdi.
ANSPRESS