Gürcüstanda güclü külək 10 min evi işıqsız qoydu
30 Mart 2014 Bazar 20:49
Gürcüstanda güclü külək və qar çovğunu 10 min evin işıqsız qalmasına səbəb olub, ölkənin bir sıra bölgələrində elektrik naqilləri qırılıb.
ANS PRESS-in məlumatına görə, ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti, əsasən Acarıstanın şimalı və Aşağı Kartli bölgələrində həyatı iflic edib.

Gürcüstan energetika nazirliyinin məlumatına görə, hazırda ölkə ərazisində güclü külək və qar çovğunu səbəbindən elektrik naqillərinin qırılması nəticəsində 10 minə yaxın abonentin işığı kəsilib.

Nazirlik günün sonuna qədər mövcud olan problemlərin aradan qaldırlacağını deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar