Bu gün Gürcüstanda daha dörd nəfərin A/H1N1 virusuna yoluxduğu təsdiqlənib. ANS PRESS-in "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Paata İmnadze məlumat verib.
Onun sözlərinə görə, ölkədə artıq "donuz qripi"nə 10 yoluxma hadisəsi qeydə alınıb.
"Xəsətəliyə yoluxan yerli vətəndaşlar Gürcüstana Böyük Britaniya, İspaniya və Almaniyadan gəliblər. Xəstələrin hamsı həkim nəzarətindədir və onların həyatı təhlükə altında deyil", - deyə İmnadze bildirib. /ANS PRESS/