Gürcüstanda “donuz qripi”nə yoluxanların sayı 1000-i ötüb
30 Dekabr 2009 Çərşənbə 11:40
Gürcüstanda “donuz qripi”nə yoluxanların sayı 1000-i ötüb. Azərbaycanın qərb qonşusunda 14 nəfər virusdan ölüb.
Azərbaycanın qərb qonşusu Gürcüstanda “donuz qripi” kimi tanınan “A H1N1” virusuna yoluxanların sayı 1096 nəfərə çatıb. Xəstəliyə nəzarət milli mərkəzindən verilən məlumata görə, 14 nəfər dünyasını dəyişib.
Hazırda xəstəxanada olan 7 nəfərin vəziyyəti isə ağırdır. Onların arasında hamilə qadınlar da var.
Qeyd edək ki, Azərbaycanda 14 nəfər bu xəstəliyə yoluxub. Onların arasında ölüm faktı qeydə alınmayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: