Gürcüstanda doğuş pulsuz olacaq
07 Yanvar 2013 Bazar Ertəsi 20:40
Deputat: "Hökumət hər bir vətəndaşın sağlamlığının qeydinə qalacaq"
İyulun 1-dən Gürcüstanda doğuş pulsuz olacaq. ANS PRESS-in yerli mətbuata istinadən istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan parlamentinin səhiyyə və sosial məsələlər üzrə komitəsinin sədri Dmitri Xundadze məlumat verib.

Deputat bildirib ki, bu ildən Gürcüstanın Səhiyyə Nazirliyinin büdcəsi 450 milyondan 800 milyon lariyə qədər artırılıb. İyulun 1-dən isə ölkədə doğum pulsuz olacaq: “Hökumət hər bir vətəndaşın sağlamlığının qeydinə qalacaq və bu məsuliyyəti öz boynuna götürəcək. Həmçinin aztəminatlı ailələrin sosial təminatı yaxşılaşdırılacaq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar