Gürcüstanda daha bir neçə keçmiş yüksək vəzifəli məmur həbs edildi
20 Dekabr 2012 Cümə Axşamı 01:42
Həbs olunanlar arasında keçmiş maliyyə və təhsil nazirləri də var.
Gürcüstanda bir qrup keçmiş yüksək vəzifəli məmur həbs edilib. ANS PRESS-in “Novosti-Qruziya”ya istinadən verdiyi məlumata görə, onların arasında keçmiş təhsil naziri, hazırda “Rustavi-2” telekanalının baş direktoru işləyən Nika Qvaramiya da var.
Onunla yanaşı daha bir neçə nəfər də həbs edilib: keçmiş maliyyə naziri Aleksandr Xetaquri, iqtisadiyyat nazirinin keçmiş müavini Kaxa Dameniya və “Telasi” enerji paylayıcı şirkətinin baş direktoru Devi Kandelaki.
Onların hamısı bir neçə saat davam edən dindirmədən sonra saxlanılıblar. Keçmiş məmurlar energetika sahəsində fırıldağa görə həbs ediliblər. Onlara qarşı “Rüşvət alma”Upomənutıe liüa bıli zadercanı posle doprosa, prodolcavşeqosə bolee pəti çasov. P və “Saxta sənədlər düzəltmə” maddələrində nəzərdə tutulan cinayət əməlində şübhəli bilinirlər.
Qeyd edək ki, oktyabrda Gürcüstanda hökumət dəyişikliyi baş verib. Yeni Nazirlər Kabinetinə milyarder Bidzina İvanişvi başçılıq edib. Güc strukturları da onun kadrlarının nəzarətinə keçib. Prezident Mixail Saakaşvili postunda qalsa da, onun təsir gücü xeyli zəifləyib.
Hökumət dəyişikliyindən sonra ölkədə yüksək vəzifəli məmurların həbsinə başlanılıb. Mixail Saakaşvilinin dövründə vəzifədə olan şəxslər bir sıra cinayətlərdə ittiham olunurlar. Həbslər Müdafiə və Daxili İşlər nazirliklərindən də yan keçməyib.
DOSTLARINLA PAYLAŞ: