Gürcüstanda çörək və un bahalaşıb
20 Avqust 2010 Cümə 22:55
Gürcü hökuməti bunu dünya bazarında taxılın qıtlığı ilə əlaqələndirir.
Bu gündən Gürcüstanda çörək bahalaşıb. Gürcüstanın kənd təsərrüfatı naziri Bakur Kvezereli bahalığı dünya bazarında taxılın qıtlığı ilə əlaqələndirir. ”Bu qıtlıq Gürcüstan bazarına da təsir göstərib. Buna görə də çörəyin bahalaşmasının qarşısını almağa hökumət heç bir təsir göstərə bilməz”,-deyə nazir bildirib.
Bu gün Gürcüstan hökumətinin yığıncağından əvvəl jurnalistlərə açıqlama verən kənd təsərrüfatı naziri B.Kvezereli jurnalistlərə Gürcüstanın taxıl ehtiyatının olduğunu bildirib: “Təşvişə düşmək üçün heç bir səbəb yoxdur”.
Çörək istehsalçıları isə ölkədə çörəyin və unun bahalaşmasında səbəbi Rusiyanın taxıl məhsuluna embarqo qoymasında görürlər.
Qeyd edək ki, bu gündən Gürcüstan azərbaycanlılarının kompakt yaşadığı bölgələrdə də çörək 10-15 tetri bahalaşıb. Bununla əlaqədar bazar və dükanlarda satılan un kisələri də 15 lari bahalaşıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: