Gürcüstanda azərbaycanlı əsgər Rahib Məmmədovun büstü qoyulub
25 İyul 2012 Çərşənbə 10:54
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı aktivi olan Kulevi Qara dəniz neft terminalının maliyyə dəstəyi ilə Xobi rayonunun Çaladidi kəndində azərbaycanlı əsgər Rahib Məmmədovun xatirəsinə ucaldılmış abidə kompleksi bərpa olunub və onun büstü qoyulub.

“APA-Economics”in məlumatına görə, abidənin üzərindəki yazının mətni dəyişdirilib. İngilis və gürcü dillərində həkk olunmuş mətndə deyilir: “1987-ci ildə baş vermiş sel daşqınları zamanı onlarla insanı həyatı bahasına xilas etmiş azərbaycanlı əsgər Rahib Məmmədovun işıqlı xatirəsinə minnətdarlıq duyğusu ilə”.

Məlum olduğu kimi, 20 yaşlı azərbaycanlı əsgər Rahib Məmmədov 1987-ci ildə hərbi xidmət keçdiyi Çaladidi kəndində böyük fədakarlıq və qəhrəmanlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. R.Məmmədovun bu şücaəti Azərbaycan və Gürcüstan xalqları arasında dostluq münasibətlərinin timsalına çevrilib. Yerli sakinlər bu gün də baş verən fəlakət zamanı azərbaycanlı əsgərin qəhrəmanlığından danışır, onun xatirəsini həmişə əziz tuturlar. R.Məmmədov həlak olan gün kənddə doğulmuş oğlan uşağını qəhrəmanın şərəfinə Rahib adlandırıblar. Hazırda Rahib Çanturiya Kulevi neft terminalında çalışır və Azərbaycana məxsus bu müəssisənin əməkdaşı kimi Gürcüstanın iqtisadi inkişafına öz töhfəsini verir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar