Gürcüstanda abort ləğv edilir?
07 May 2013 Çərşənbə Axşamı 04:28
Gürcüstan parlamenti abortun qadağan olunması məsələsinin müzakirəsinə başlayıb.
Gürcüstan parlamenti abortun qadağan olunması məsələsinin müzakirəsinə başlayıb. ANS PRESS-in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bir müddət öncə Gürcüstanın baş keşişi abortu qanunsuz elan etməyə çağırıb.
II İlya abort günahsız uşaqların öz anaları və həkimlər tərəfindən öldürülməsi anlamına gəldiyini bildirib. Gürcüstan parlamentində müzakirələr zamanı Səhiyyə komitəsinin sədri Dimitri Xundadze abortun tamamilə ləğv ediləcəyi təqdirdə bu cərrahiyyə əməliyyatını gizli etdirənlərin sayının artacağını bildirib.
DOSTLARINLA PAYLAŞ: