Gürcüstanda 50 milyard dollarlıq neft yatağı aşkarlanıb
25 Avqust 2010 Çərşənbə 20:10
Bu ölkənin Leyborist Partiyası iddia edir ki, Saakaşvili bu yatağı qeyri-qanuni olaraq İsrail biznesmeninə satıb.
Gürcüstanda yeni qalmaqal yaranmaqdadır. Gürcüstanın Leyborist Partiyasının ideoloji katibi Kaxaber Dzaqaniyanın iddiasına görə, prezident Mixail Saakaşvili sabiq müdafiə naziri David Kezeraşvili ilə birlikdə böyük neft yatağını adı torpaq sahəsinin qiymətinə İsrail Knessetinin sabiq üzvü Şmuel Plato-Şarona satıblar. Dzaqaniyanın sözlərinə görə, həmin yataq Gürcüstanın Şərqində, paytaxt Tiflisdən 100 kilometr aralıda yerləşir.

800 milyon barel neft ehtiyatına malik yatağın bazar qiymətinin təxminən 50 milyard dollara yaxın olduğu bildirilir.

“Saakaşvili və narkoman Kezeraşvili büdcə vəsaitləri hesabına aşkar olunan nefti İsrail biznesmeninə bir şərtlə satıblar ki, sonradan onların burada payları olacaq”, - deyə Dzaqaniya vurğulayıb.
Təmsil etdiyi partiyanın bu sazişin ləğvini tələb etdiyini deyən Dzaqaniya həmin neft yatağının dövlət mülkiyyətinə qaytarılmasının vacibliyini vurğulayıb. O həmçinin dünyanın iri neft şirkətlərinə müraciət ediləcəyini bildirib. Gürcü leyboristləri həmin şirkətlərin rəhbərlərini “dələduzların qurduğu tələyə” düşməmələri üçün xəbərdarlıq edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar