Ötən gecə Gürcüstanın Kutaisi şəhərində baş vermiş qəzada 4 jurnalist ölüb. Yerli “Rioni” telekanalının əməkdaşları "Volkswagen" avtomobilində olarkən yük maşını onlara çırpılıb və hadisə yerindən uzaqlaşıb.
Maşında olan 6 nəfərdən 4-ü dünyasını dəyişib.
Bunlar “Rioni” telekanalının informasiya xidmətinin rəhbəri Nino Qiqaşvili, xəbərlərin aparıcısı Giorgi Mqaloblişvili, jurnalist Coni Kublaşvili və operator Dato Avalianidir. /ANS PRESS/