Gürcüstanda parlamentdən kənar müxalifət partiyalarının daxili işlər və ədliyyə nazirləri ilə apardığı danışıqlardan ötən bir həftə ərzində 10 müxalifət fəalı həbsdən azad edilib. ANS PRESS, “Novosti-Qruziya” agentliyinə istinadən xəbər verir ki, bunu “Bizim Gürcüstan-azad demokratlar” partiyasının lideri Zurab Abaşidze deyib: “Artıq müxalifət fəallarının azad edilməsi prosesi başlayıb. Bu proses davam edəcək. Biz siyasi dustaqların hamısının eyni gündə azad ediləcəyini gözləmirdik”.
Xatırladaq ki, bir həftə əvvəl bir qrup müxalifət lideri, daxili işlər naziri Vano Merabişvili və ədliyyə naziri Zurab Adeişvili ilə danışıqlar aparıb. Görüşdə müxalifətçilərə vəd verilib ki, müxalifət nümayəndələrinin həbsi ilə bağlı məsələyə yenidən baxılacaq. /ANS PRESS/