Gürcüstanda 10 azərbaycanlı qarayara xəstəliyinə yoluxub
12 Avqust 2011 Cümə 18:48
Son 2 ayda Gürcüstanda mal-qara arasında qarayara xəstəliyinə yoluxma halları artıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu məlumatı jurnalistlərə Tiflisdəki Yoluxucu Xəstəliklər Mərkəzinin baş mütəxəssisi Nikoloz Çevçuvadze bildirib. Onun sözlərinə görə, Gürcüstanda bu müddətdə 30 nəfər xəstəliyə yoluxub: “Xəstəlik azərbaycanlıların kompakt yaşadığı bölgələrdə də yayılmağa başlayıb. Dmanisi, Saqareco, Marneuli və Qardabani rayonlarından xəstəliyə yoluxan insanlar bizə müraciət ediblər. Cəmi 10 nəfər azərbaycanlı qarayara xəstəliyinə yoluxub. Bu gün Marneuli rayonunun Sabirkənd kəndindən bir nəfərdə də belə xəstəlik aşkar edilib. 10-15 gün bundan əvvəl isə bir gürcü bu diaqnozla dünyasını dəyişib”.
N. Çevçuvadze bildirib ki, artıq qarayara xəstəliyi ilə mübarizə üçün profilaktik tədbirlər həyata keçirilir. APA
DOSTLARINLA PAYLAŞ: