Gürcüstana təcili olaraq 75 milyon dollar ayrıldı
14 Dekabr 2009 Bazar Ertəsi 14:15
BVF ölkənin iqtisadiyyatını dirçəltmək niyyətindədir
Beynəlxalq Valyuta Fondu Gürcüstana təcili olaraq 75,3 milyon dollar ayırmaq barədə qərar qəbul edib.
BVF-nin direktor müavini Takatosi Kato bildirib ki, Gürcüstan iqtisadiyyatı bərpa əlamətləri nümayiş etdirir, ancaq ixrac bazarının artımı şəraitində xarici mühit zəif olaraq qalır. Eyni zamanda, daxili kredit imkanları zəifdir. Bu baxımdan Gürcüstan iqtisadiyyatı üçün risklər hələ də qalmaqdadır.
Xatırladaq ki, 2008-ci ilin sentyabrında BVF Gürcüstan üçün 477,1 milyon SDR (təxminən 750 milyon) həcmində 18 aylıq ehtiyat-kredit xəttini təsdiq edib. Hər növbəti tranşın ayrılması Tiflisin şərtləri necə yerinə yetirməsindən asılı olaraq reallaşır.
Məlumatı “İqtisadi forum” jurnalı verib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: