Gürcüstan vətəndaş qarşıdurması astanasındadır
13 İyun 2009 Şənbə 17:25
Zurab Noqaideli: "Payızda ciddi vətəndaş qarşıdurması baş verəcək"

 

Gürcüstan vətəndaş qarşıdurması astanasındadır. ANS PRESS-in “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu şənbə günü keçirilən brifinqdə sabiq baş nazir, “Ədalətli Gürcüstan naminə hərəkat”ın müxalifət partiyasının lideri Zurab Noqaideli bildirib.

O, bunu Tbilisidə parlament binası qarşısında keçirilən aksiya zamanı müxalifətin gənc tərəfdarları ilə parlament mühafizəçiləri arasında baş verən qarşıdurmanı şərh edərkən bildirib.

Qeyd edək ki, hadisə nəticəsində müxalifətin beş nümayəndəsi həbs olunub.

"Payızda ya ciddi vətəndaş qarşıdurması baş verəcək, ya da vətəndaşların öz seçimlərini edə biləcəkləri seçkilər keçiriləcək", - deyə Noqaideli vurğulayıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar