Gürcüstan və Rusiya sərhədləri açırlar
24 Dekabr 2009 Cümə Axşamı 13:05
Gürcüstan və Rusiya sərhədləri açırlar. Bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib.
Moskva və Tiflis “Kazbek- Yuxarı Lars” sərhəd keçid məntəqəsində Rusiya-Gürüstan sərhədini açmaq barədə razılığa gəliblər.
Bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib. “Qərar qəbul edilib”, deyə o bildirib. O qeyd edib ki, bu barədə qərar İsveçrənin vasitəçiliyi ilə tərəflər arasında keçirilən görüşdə qəbul edilib.
Sərhəd məntəqəsinin açılışı martın əvvəllərinə nəzərdə tutulub.
Qeyd edək ki, bu keçid məntəqəsi 3 il idi ki, bağlı idi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: