Gürcüstan Soçi olimpiadasını boykot etməyəcək
16 Fevral 2013 Şənbə 03:15
Rusiya və Gürcüstan arasında Olimpiya oyunlarında iştirakla bağlı danışıqlar başlayır.
Gürcüstan idmançıları Soçidəki 2014-cü il Olimpiya oyunlarında mütləq iştirak edəcəklər. ANS PRESS-in məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri Maya Pancikidze deyib. Onun s.zlərinə görə, martın 1-də Gürcüstanın baş nazirinin Rusiya ilə qarşılışlı əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abahidze Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşəcək. Görüşdə gürcü idmançıların Soçi olimpidasında iştirakının təmin edilməsi ilə bağlı ikitərəfli əməkdaşlığa başlanması ətrafında müzakirələr aparılacaq. XİN rəhbəri deyib ki, söhbət dirlomatik münasibətlərin olmadığı iki ölkə arasında konsulluq məsələlərində əməkdaşlığından, eləcə də, Gürcüstanın idman nümayəndə heyətinin Rusiyadakı təhlükəsizliyinin təmin edilməsindən gedir.
Xatırladaq ki, Gürcüstanın Soçi olimpiadasında iştirak edəcəyini ötən ilin dekabrında baş nazir Bidzina İvanişvili də bəyan etmişdi.
Mixail Saakaşvilinin rəhbərlik etdiyi Vahid Milli Hərəkat Partiyasının nümayəndələri isə bildirmişdilər ki, Gürcüstan 2014-cü ilin Olimpiya oyunlarında iştirak etmək niyyətində deyil. Lakin bununla bağlı dövlət səviyyəsində heç bir qərar verilmədi.
DOSTLARINLA PAYLAŞ: