Gürcüstan Rusiya ilə pis münasibətlər istəmir
26 Dekabr 2009 Şənbə 12:15
Bunu Gürcüstan prezidenti Mixail Saakaşvili “Rustavi-2” telekanalının “Movqe” verilişinə müsahibə verərkən bildirib
"Gürcüstan Rusiya ilə pis münasibətlərin tərəfdarı ola bilməz". Bunu Gürcüstan prezidenti Mixail Saakaşvili “Rustavi-2” telekanalının “Movqe” verilişinə müsahibə verərkən bildirib. O qeyd edib ki, Rusiyaya bir çox şeyi təklif edib və Rusiyaya ilə münasibətlərdə yumşaq olmağa çalışıb.

"Mən istəyirəm ki, bugünki və gələcək satqınlar başa düşsünlər ki, işğalçıya səfərlər adi şey deyil. Onlar bizim ölkənin işğalçılarıdırlar və bizi hüquqi davamçıları olduqları dövrün abidəsini sakit buraxmağa çağırırlar(Söhbət Kutaisidə Böyük Vətən Müharibəsində döyüşən əsgərlərin xatirəsinə ucaldılmış memorialdan gedir)”, deyə Saakaşili bəyan edib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar