Gürcüstan prezidenti yoxa çıxıb
14 Avqust 2010 Şənbə 16:10
Karib dənizindəki adalardan birinə gedən Saakaşvili geri qayıtmayıb.
Gürcüstan prezidenti Mixail Saakaşvilinin harda olması bəlli deyil. Bu barədə ölkə mətbuatı xəbər yayıb.
Məlumata görə, Saakaşvili avqustun 5-də Kolumbiya prezidentinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkəyə gedib. Sonra o, Karib dənizindəki ada dövlət olan Aruba baş çəkib. Ancaq hələ Tiflisə qayıtmayıb.
Yerli KİV isə prezidentin harda olması ilə bağlı suallarına bu ölkənin Prezident Administrasiyasından cavab ala bilmir.

Bununla belə, “Pirveli” xəbər agentliyi güman edir ki, Saakaşvili bu gün ABŞ-da xüsusi səfərdə ola bilər.
Xatırladaq ki, bu ilin mayında da Gürcüstan mətbuatı Saakaşvilini axtarırdı. O zaman da prezident aprel və mayın böyük hissəsini ABŞ-da keçirdi. Yalnız ardıcıl olan bu səfərlər keçmiş Polşa prezidenti Lex Kaçinskinin dəfnində iştirak zamanı qırıldı.

Sonra Saakaşvili bir neçə saatlıq Gürcüstana qayıdıb və mayın 6-da Tiflisdə polisin paradını qəbul edib. Daha sonra Batumidə “Müqəddəs Georgiya” gününü bayram edib və yenidən Vatikana qayıdıb.

Sonra Kosta-Rikaya bu ölkə prezidentinin inauqurasiya mərasimində iştirak etməyə gedib və yenidən görünməz olub.

Gürcüstan müxalifəti iddia edir ki, Saakaşvili, dünyanın aparıcı liderləri onu qəbul etmədiyinə görə, vətəndə narahatdır. Eyni zamanda müxalifət bu səfərlər üçün büdcədən nə qədər pul xərcləndiyini açıqlamağı tələb edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar