Gürcüstan prezidenti azərbaycanlıları Novruz münasibətilə təbrik edib
21 Mart 2012 Çərşənbə 15:33
Mixail Saakaşvili Gürcüstanda yaşayan azərbaycanlılara bayram məktubu ünvanlayıb.
Gürcüstan prezidenti Mixail Saakaşvili Gürcüstanda yaşayan azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib.
"Əziz vətəndaşlar, azərbaycanlılar, Novruz Gürcüstanda olan bütün bayramlar kimi mənə yaxın və əzizdir. Həmin gün mən sizinlə birlikdə sevinirəm və ölkəmizin gələcəyinə ümidlə baxıram. Novruz ailəvi bir bayramdır və mən sizin ailənin bir üzvü kimi bu sevinci sizinlə bölüşürəm. Bu milli bayram münasibətilə sizi səmimi qəlbdən təbrik edir və sizin hər birinizə uğurlar, sülh və əmin-amanlıq arzulayıram", - deyə gürcüstanlı dövlət başçısının təbrik məktubunda bildirilir.
Məktubda qeyd olunur ki, bu gün bütün dünya mədəniyyəti və svilizasiyası üçün əzizdir və BMT-nin Baş Assambleyası Novruzu beynəlxalq bayram kimi tanıyıb.
DOSTLARINLA PAYLAŞ: