Gürcüstan Patriarxlığı qarşısında etiraz aksiyası keçirilir
11 İyul 2011 Bazar Ertəsi 15:58
Gürcüstan Patriarxlığının paytaxt Tiflis şəhərindəki binası qarşısında pravoslavların etiraz aksiyası keçirilir.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, hazırda patriarxlıqda Müqəddəs Sinodun iclası (kilsə məclisi) başlayıb. Hələlik Sinodun hansı məsələni müzakirə etdikləri barədə məlumat verilmir. Aksiya iştirakçıları bildirir ki, kilsə məclisinin üzvləri yeni qəbul edilən “Dini qurumlar haqqında” qanunu müzakirə edib məclisin qərarını onlara elan edəcəklər.

Aksiya iştirakçılarından Venera Tevzadze APA-ya açıqlamasında bütün ermənilərin katalikosu II Qareginin Gürcüstana gəlişini pisləyib. Onun sözlərinə görə, katalikos Gürcüstanda yerləşən erməni kilsələrinə status tələb edir: “Biz Gürcüstanda yerləşən erməni kilsələrinə status verilməsinin əleyhinəyik. Onların istəyi torpaqdır. Bizim də torpaqlarımız düşmən tapdağı altındadır. Ermənilər Qarabağ torpağını da zəbt ediblər. Azərbaycanlılar bizimlə qonşu xalqdır. Biz onlardan bir pislik görməmişik”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar