Gürcüstan parlamentində bomba həyəcanı
07 Sentyabr 2013 Şənbə 00:05
Buna səbəb parlament binasına bomba qoyulması barədə anonim zəng olub.
Gürcüstan parlamentində bomba həyəcanı yaşanıb. ANS PRESS-in Gürcüstan mediasına istinadən məlumatına görə, buna səbəb parlament binasına bomba qoyulması barədə anonim zəng olub.
Deputat Zurab Abaşidze verdiyi açıqlamada bildirib ki, zəng edən naməlum şəxs binaya bomba qoyulduğunu bildirin Həmin zaman parlamentdə iclas gedirmiş.
Dərhal deputatlar binadan təxliyyə olunub. Parlament binası polis tərəfindən mühasirəyə alınıb.
DOSTLARINLA PAYLAŞ: