Gürcüstan parlamenti Kutaisiyə köçməyə razılaşdı
02 İyul 2011 Şənbə 00:38
Gürcüstan parlamenti Kutaisiyə köçməyə razılaşdı. Qanunverici orqan gələn ilin iyulundan yeni ünvanda fəaliyyət göstərəcək.
Gürcüstan parlamenti ölkə Konstitusiya dəyişikliklərlə bağlı qanun layihəsini sonuncu oxunuşda qəbul edib. Dəyişikliyiə görə, 2012-ci ilin iyulundan ali qanunverici orqan Kutaisiyə köçəcək.

Parlament yeni ünvanda gələn ilin may-iyununda keçiriləcək növbəti parlament seçkilərindən sonra fəaliyyətə başlayacaq. Parlamentin köçurüulməsinin lehinə 103 deputat səs verib. Yalnız 1 nəfər bunun əleyhinə çıxıb.

Paralment çoxluğunun nümayəndələri bildiriblər ki, ölkənin əsas qanununa dəyişiklikdə məqsəd regionların siyasi-iqtisadi proseslərdəki rolunun artırılması, o cümlədən, ölkənin qədim mədəni-tarixi mərkəzi olan Kutaisinin rolunun güclənirilməsidir.

Müxalifət isə icra və qanunvericilik orqanlarının ayrı-ayrı şəhərlərdə - Tiflis və Kutisidə yerləşməsinin məqsədəuyğunluğuna şübhə ilə yanaşır. Bəzi müxalifətçilər hesab edirlər ki, parlament Kutaisiyə köçməklə Tiflisdə yerləşən icra hakimiyyəti üzərində nəzarəti itirəcək. Onlar Kutaisiyə həm icra, həm də qanunvericilik hakimiyyətlərinin köçürülməsini təklif ediblər.

Bəziləri isə parlamentin Tiflisin 230 kilometrliyindəki Kutisiyə köçürülməsinə birmənalı şəkildə etiraz edirlər. Onların fikrincə, bu şəhərdə yeni parlament kompleksinin tikintisinə dövlət büdcəsindən əlavə vəsaitin ayrılmasına ehtiyac yaranacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar