Gürcüstanın NATO-ya daxil olmaq ümidləri əməli olaraq puça çıxıb. ANS PRESS-in “Panarmenian”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib.
Onun sözlərinə görə, Şimali Atlatika Alyansına daxil olmaq üzrə planlar bu yaxınlarda mümkün ola bilməyəcək, yəni Cənubi Osetiya və Abxaziyanın Gürcüstanın tərkibinə qayıtmasına bərabər bir məsələdir.
“The Wall Street Journal” yazır ki, Gürcüstan prezidenti bu mövzuları 20 iyul tarixində parlamentdə çıxışı zamanı müzakirə etmək niyyətindədir. Qanunverici orqandan əvvəllər verilən məlumata görə, parlament müxalifətinin də iştirak edəcəyi müzakirələr aparılacaq.
Saakaşvili prezident olduğu müddət ərzində NATO-ya daxil olmaq, Abxaziya və Cənubi Osetiyanın ölkənin tərkibinə qaytarılması məsələlərini əsas vəzifələri adlandırıb.
Xatırladaq ki, respublikanın NATO-ya qəbul olunmasına dair məsələ alyansın xüsusilə 2008-ci ilin aprelində keçirilən sammitində həll olunmalı idi. Lakin bu bloka daxil olmaq istəyən Gürcüstan və Ukrayna üzvlük üzrə fəaliyyət planına qoşulmaq arzularına çatmadı.
Sammitdə bu iki ölkənin alyansa nə zamansa daxil olacağı qərara alında, lakin konkret müddət açıqlanmadı. /ANS PRESS/