Gürcüstan NATO aspiranturasına qəbul olunacaq?
12 Mart 2012 Bazar Ertəsi 20:07
ABŞ Senatına alyansın genişləndirilməsi ilə bağlı yeni qanun layihəsi daxil edilib.
ABŞ Senatına NATO-nun genişləndirilməsi ilə bağlı yeni qanun layihəsi daxil edilib. “Amerikanın səsi” radiosunun yaydığı məlumata görə, sözügedən qanun layihəsi alyansın Gürcüstan, Bosniya və Herseqovina, Makedoniya və Çernoqoriya hesabına genişlənməsini nəzərdə tutur.
Layihə müəllifi, respublikaçı Riçard Luqarın sözlərinə görə, NATO-nun genişləndirilməsi Mərkəzi və Şəqri Avropa dövlətlərində sabitliyin möhkəmləndirilməsi, habelə siyasi islahatların gücləndirilməsində əsas rol oynayır. Layihə ABŞ prezidenti Barak Obamanı Gürcüstan, Bosniya və Herseqovina, Makedoniya və Çernoqoriyanın NATO-ya qəbulu üçün “Yol xəritəsi”ni hazırlamağa və onu may ayında Çikaqoda keçiriləcək NATO sammitində təqdim etməyə çağırır.
Senat bu layihəni qəbul etsə, sözügedən ölkələr aspirant-dövlət statusunu alacaq. Qanun layihəsində həmçinin alyansın Ukrayna ilə əməkdaşlığın inkişafının davam etdirilməsi təklif olunur.
DOSTLARINLA PAYLAŞ: