Gürcüstan müxalifəti taktikasını dəyişəcəkləri barədə bəyanat verib. "Qruzia Online"-nın məlumatına görə, bu barədə müxalifət liderlərindən olan Levan Qaçeçiladze diplomatlarla görüşündə bildirib. Onun sözlərinə görə, yeni planın detalları yaxın günlərdə aydınlaşdırılacaq. “Mən diplomatlara bildirdim ki, Gürcüstanda böhran aradan qaldırılmayanadək proses dayandırılmayacaq”,-deyə Qaçeçeladze bildirib.
Müxalifətin strategiyasının düzgün olduğuna müxalifət partilarından birinin lideri David Qamkrelidze də əmin olduğunu bildirib. O diplomatlarla əvvəllər olduğu kimi monoloq formasından fərqli olaraq müzakirə rejimində görüşlərin keçirilməsi çox vacib faktor olduğunu hesab edir. /ANS PRESS/