Gürcüstan müxalifəti hərbi paradı pozmaq üçün planlarını açıqladı
24 May 2011 Çərşənbə Axşamı 00:54
Nino Burcanadze: “Hakimiyyət paradı sakitliklə qəbul edə bilməyəcək”
Gürcüstanın parlamentinin keçmiş spikeri, “Xalq məclisi” müxalifət hərəkatının liderlərindən biri Nino Burcanadze Tiflisdə ölkə prezidenti Mixail Saakaşvilinin istefası tələbi ilə keçiriləcək etiraz aksiyalarının yeni marşrutunu açıqlayıb. “Mayın 25-də aksiya iştirakçıları Azadlıq meydanına toplaşacaqlar. Məqsəd 2008-ci ilin avqustunda rüsvay olan Silahlı Qüvvələrin ali baş komandanı, Qoridə cangüdənlərinin arxasında gizlənən Mixail Saakaşvilinin səhəri gün hərbi paradı qəbul etməsinə imkan verməməkdir”, - Nino Burcanadze bildirib.
Nino Burcanadze tərəfdarlarını saylarını artırmağa və hərbi paradın keçirilməsinə imkan verməməyə çağırıb. “Hakimiyyət paradı sakitliklə qəbul edə bilməyəcək”, - o bildirib. Nino Burcanadze “etibarlı mənbə”yə istinadən onu da deyib ki, əgər aksiya zorla dağıdılsa, Gürcüstan ordusu hakimiyyəti müdafiə etməyəcək.
Eks-spiker müxalifət tərəfdarlarını ölkənin Birinci kanalının binası yaxınlığbında gərginlik ocağını daha iki gün saxlamağa çağırıb. “Biz plana yyğun hərəkət edəcəyik. Hər şey dinc yolla və Konstitusiya çərçivəsində baş verməlidir”, - Nino Burcanadze bildirib.
Gürcüstan parlamentinin hazırkı spikeri David Bakradze isə əmindir ki, müxalifət mayın 26-da hərbi paradı poza bilməyəcək. Onun sözlərinə görə, ölkənin Müstəqillik günü münasibətilə keçirilməsi planlaşdırılan hərbi paradla bağlı müəyyən ediləın plan dəyişməz qalıb.
DOSTLARINLA PAYLAŞ: