Gürcüstan müxalifəti daha hər gün ölkə parlamenti qarşısında mitinq keçirməyəcək. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bunu cümə günü keçirilən mitinqdə müxalifət liderlərindən biri Levan Qaçeçiladze bildirib.
Bununla yanaşı o, tərəfdarlarını ruhdan düşməməyə çağırıb. Çünki, müxalifət daimi aksiyalar keçirəcək. Onun sözlərinə görə, gündəlik mitinqlərin dayandırılması müxalifətin etiraz aksiyalarına son verməsi demək deyil. Qaçeçiladze etirazların əksinə gücləndirələcyini bəyan edib.
O həmçinin bildirib ki, hakimiyyətin təklif etdiyi istənilən ədalətsiz seçkilərdə iştirak etməyəcək, xüsusilə də, yerli özünü idarəetmə orqanları və ya Tbilisi meri seçkilərində. /ANS PRESS/