Gürcüstan müxalifəti bu gün ölkədə keçiriləcək ümummilli etiraz aksiyasına hazırlaşır. Müstəqillik günü münasibətilə təşkil edilən bu aksiya ilə müxalifət aktiv fəaliyyət dövrünə keçəcəyini bəyan edib. Müxalifət nümayəndələri nümayiş zamanı gürcü xalqı qarşısında and içəcək. Aksiyanın dinc keçəcəyi gözlənilir. /ANS TV/