Gürcüstan müxalifətinin 14 partiyasının nümayəndələri Avropa Birliyinin Cənubi Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşündə hakimiyyətlə dialoqa razılıq veriblər. Bu barədə Gürcüstan Naminə Alyansın liderlərindən biri David Usupaşvili məlumat verib.
Onun sözlərinə görə, bəzi müxalifət liderləri prezidentlə görüşdə iştirak etmək niyyətində olmadıqlarını deyiblər. Digər müxalifət lideri İrakli Alasaniya isə hesab edir ki, hakimiyyətlə görüş vacibdir: «Alyans Semnebi ilə görüşündə bir daha belə dialoqun vacibliyini vurğuladı. Biz ancaq Mixail Saakaşvili ilə onun istefası şərtilə dialoq aparmağa hazırıq. Avropa Birliyi də bu görüşü təşkil etmək üçün vasitəçilik etməyə razılıq verib». Alasaniya görüşdə mitinq iştirakçılarına olan hücumları pislədiklərini və hakimiyyəti belə addım atmaqdan çəkinməyə çağırdıqlarnı da deyib. /ANS TV/