Gürcüstan müxalifəti ABŞ-dan vasitəçi istədi
21 İyul 2009 Çərşənbə Axşamı 21:30
“Gürcüstan uğrunda alyans”ın lideri: "Müxalifətlə hakimiyyət arasında normal dialoqun qurulması üçün Tiflisə nüfuzlu beynəlxalq vasitəçi göndərilməlidir"

 

“Gürcüstan uğrunda alyans”ın lideri İrakli Alasaniya hesab edir ki, müxalifətlə hakimiyyət arasında normal əməkdaşlıq qurmaq üçün Tiflisə nüfuzlu beynəlxalq vasitəçi göndərilməlidir. ANS PRESS-in “İnterfaks”a stinadən verdiyi xəbərə görə, Alasaniya bildirib ki, bu məqsədlə beynəlxalq nüfuza və təcrübəyə malik siyasətçi seçmək lazımdır.

“Həmin şəxs hakimiyyət və müxalifət arasındakı dialoqda hansısa vasitəçi rolu icra etməlidir və əldə olunan sazişlərin icrasına zamin olmalıdır”, - deyə o bildirib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar