Gürcüstan milli pulu lari də çöküb
24 Fevral 2015 Çərşənbə Axşamı 00:45
Gürcüstan Milli Bankı milli pulu larinin çökməsi ilə bağlı xalqa açıqlama verdi.
Fevralın 21-də Gürcüstanın milli pulu lari birdən-birə çöküb. Gürcüstan Milli Bankı açıqlama verib ki, 1 ABŞ dolları 2.1771 lari olub.
İqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili: "Heç kimdə şübhə olmasın ki, ölkədə maliyyə sabitliyi bərpa ediləcək".
Nazir keçirdiyi müşavirəyə iqtisadi blokun bütün üzvlərini toplayıb. Lakin toplantıda nə barədə müzakirələr aparıldığı ilə bağlı ictimaiyyətə heç bir açıqlama verilməyib.
DOSTLARINLA PAYLAŞ: