Gürcüstan MDB ni tərk edəcək
17 Avqust 2009 Bazar Ertəsi 14:50
Gürcüstanın Müstəqil Dövlətlər Birliyini (MDB) tərk etməsi ilə bağlı prosedur avqustun 18-də başa çatacaq. APA-nın “RİA Novosti” Agentliyinə istinadən yaydığı məlumata görə, bunu bu gün Gürcüstanın xarici işlər nazirinin müavini David Djalaqaniya deyib.
Gürcüstan 2008-ci ilin avqust ayında, Rusiya-Gürcüstan müharibəsindən dərhal sonra MDB-ni tərk etmək haqqında bəyanatla çıxış etmişdi. MDB-nın Nizamnaməsinə uyğun olaraq, ölkənin qurumdan çıxması prosesinin başa çatdırılması üçün bil il vaxt verilib. Buna görə də Gürcüstanın birlikdən çıxması avqust ayının 18-ə təsadüf edəcək.
Xarici işlər nazirini müavinin sözlərinə görə “Gürcüstan hakimiyyəti, dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşıldığı halda, MDB-yə üzv dövlətlərlə dostluğu davam etdirməyə hazırdır”.
DOSTLARINLA PAYLAŞ: