Gürcüstan kürdləri Polşanı qorxuya salıb
13 Sentyabr 2009 Bazar 21:15
May-avqust aylarında 3 mindən çox Gürcüstan vətəndaşı Polşa hökumətindən sığınacaq istəyib
Polşa gürcü qaçqınlarının axınına məruz qalıb. Polşa radiosunun verdiyi xəbərə görə, hər gün Terespol sərhəd keçid məntəqəsində təxminən 100 nəfər sığınacaq istəyir. Qeyd edək ki, bu ilin mayından gürcülərin kütləvi şəkildə qaçqınlıq statusu almaq cəhdlərindən sonra vəziyyət daha da gərginləşib.
Əcnəbilərlə iş üzrə idarənin nümayəndəsi Eva Pexotanın sözlərinə görə, Polşadakı gürcü mühacirlərinin sayı Çeçenistan mühacirlərinin sayından əhəmiyyətli dərəcədə çoxdur.
Əcnəbilərlə iş üzrə idarənin məlumatlarına əsasən bu ilin may ayından avqust ayına kimi 3 mindən çox Gürcüstan vətəndaşı Polşa hökumətindən sığınacaq istəyib.
“Polşaya gələn Gürcüstan vətəndaşlarının 90 faizini kürdlər təşkil edir. Onların yaş həddi 18-65 arasındadır. Bir çox hallarda həmin adamların ali təhsili olmur. Elələri də var ki, umumiyyətlə savadsızdır”, - deyə Pexota bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: