Gürcüstan İsrailə borcunu qaytarmalı oldu
05 Yanvar 2012 Cümə Axşamı 11:09
Rəsmi Tiflis aldığı silahların pulunu ödəməli olacaq.
Gürcüstan İsraillə baş verə biləcək qalmaqalın qarşısını almaq üçün bu ölkəyə olan borcunu ödəmək qərarına gəlib. Söhbət Gürcüstanla İsrailin “Elbit” şirkəti arasında silah alışına dair sövdələşmənin təxirə salınmasından gedir. ANS PRESS-in "Reuters"ə istinadən verdiyi məlumata görə, Gürcüstan iri həcmdə silah sifarişini təxirə saldığı üçün "Elbit"ə kompensasiya qismində 35 milyon dollar ödəyəcək, eləcə də əvvəllər Gürcüstana tədarük edilən avadanlıqlar geri qaytarılacaq.
Qeyd edək ki, Gürcüstan İsraildən “Hermes 450” tipli 40 ədəd pilotsuz təyyarə sifariş edib. Gürcüstan hələ 2007-ci ildən bu silah növünü tədarük edirmiş.
IzRus yazır ki, rəsmi Tiflisin bir neçə il keçməsinə baxmayaraq şirkətə olan borcunu ödəmədiyindən 2011-ci ilin aprel ayında şirkətin vəkilləri Böyük Britaniyanın arbitraj məhkəməsində iddia qaldırıb. Şirkət Gürcüstdan 100 milyon dollar həcmində kompensasiya ödənilməsini tələb edib.
İddiada qeyd edilir ki, sövdələşmə çərçivəsində yəhudilər sifarişçilərə nəinki pilotsuz təyyarə aparatları (PTA) təqdim ediblər, gürcü hərbçiləri üçün həmin texnikanın idarə olunması üçün təlim keçiblər. Həmin PTA-lar 2008-ci ildə müharibədə istifadə olunub.
Yəhudilərə dəyən ziyan bununla yekunlaşmayıb. Belə ki, həmin şirkətlə Gürcüstanla yanaşı, Rusiyada da əməkdaşlıq edirmiş. Lakin Cənubi Osetiya müharibəsində Gürcüstanın məhz həmin şirkətdən qırıcılar almasından xəbər tutan Rusiya yəhudi şirkəti ilə əməkdaşlığını kəsib.
DOSTLARINLA PAYLAŞ: