Sabahdan başlayaraq Gürcüstan Ermənistana qaz nəqlini dayandıracaq. Bu barədə artıq rəsmi İrəvana xəbərdarlıq edilib. Gürcüstan tərəfi bunun Qazax-Saquramo magistral qaz kəmərində aparılan təmir işlərini ilə bağlı olduğunu və müvəqqəti xarakter daşıdığını açıqlayıb.
Ermənistana mavi yanacağın nəqlinin iyunun 21-də bərpa olunacağı gözlənilir. Bu vaxta kimi isə Ermənistan öz daxili imkanları hesabına ehtiyat qaz anbarından istifadə edəcək./ANS PRESS/