“Gürcüstan “erməni soyqırımı”nı tanımayacaq”
24 May 2011 Çərşənbə Axşamı 02:25
“Baş verənlərin soyqrımı olub-olmadığını demək çətindir”
Gürcüstanın “erməni soyqırımı”nı tanıması mümkün deyil. ANS PRESS-in məlumatına görə, News.am saytının əməkdaşı Gürcüstan Starteji və Beynəlxalq Araşdırmalar Fondunun rəhbəri, politoloq Aleksandr Rondelidən bununla bağlı müsahibə alıb. Erməni jurnalist Gürcüstan parlamentinin çərkəzlərin soyqırımını tanıdığını xatırladıb və niyə analoji addımın “erməni soyqırımı” ilə bağlı niyə atılmadığını soruşub.
“Burada hər şey hüquqi statusla bağlıdır. Kütləvi qətllər olub, bu, faktdır. Heç kim bunu inkar etmir və normal insan buna biganə qala bilməz. Lakin baş verənlərin soyqrımı olub-olmadığını demək çətindir”, - deyə Aleksandr Rondeli bildirib. Onun sözlərinə görə, Türkiyə ilə qonşu kiçik dövlət üçün “erməni soyqırımı”nı tanımaq kimi təşəbbüslərlə çıxış etmək təhlükəlidir.
Poltioloqune fikrincə, Rusiyanın Gürcüstana etdiklərindən sonra Gürcüstanın Rusiya ərazisində çərkəz xalqına qarşı soyqırımını tanıması tamamilə normaldır: “Çərkəzlərin soyqırımı ilə bağlı hər şey aydırdır. Ermənilərin öldürülməsi ilə bağlı isə bunu demək olmaz”. News.am saytının yazdığına görə, Aleksandr Rondeli müsahibə boyu Osmanlı imperiyasında baş verənləri “soyqırımı” adlandıraqdan imtina edib.
Xatırladaq ki, mayın 20-də Gürcüstan parlamennti çərkəz xalqına qarşı soyqırımının tanınmasına səs verib. Söhbət 1763-1864-cü illər Qafqaz müharibəsi dövründə baş vermiş hadisələrdən gedir.
DOSTLARINLA PAYLAŞ: